Monday, 24 November 2014

LAST_UPDATE 13:05:21 UTC

Monday, 08 March 2010 16:28

HİCABLILAR YOX, AÇIQ-SAÇIQLAR İNTİHARA MEYLLİDİR!

 Bəzilərini azyaşlı fahişələr, rəqqasələr,çılpaqlar yox, yalnız hicablılar narahat edir. Hicabsızlıq günah ikən rahatsız olsunlar!

525-də millət vəkili (?) Gültəkin Hacıbəylinin müsahibəsi dərc edilib. Xanım vəkil deyir: "Təəssüf ki, neçə illərdən bəri azadlığa qovuşan, elmə yiyələnən, nailiyyətlər qazanan, rəhbər vəzifələrə yüksələn, sözünü yüksək kürsülərdən deməyi bacaran Azərbaycan qadınını bu gün yenidən buxovun, qara çadranın, qara dünyanın içərisinə qaytarmaq cəhdləri var və bunlar göz önündədir. Bu, məni həddindən artıq çox narahat edir. Xüsusilə də gənc qızların, 12-14 yaşlı körpə fidanlarımızın qapanmasını görəndə mən, doğrudan da, dərin narahatçılıq hissi keçirirəm. Ən azı bu insanların seçmək hüququ əlindən alınır. Təbii ki, mən bütün dinlərə hörmətlə yanaşıram, öz dinimə isə xüsusi böyük sevgim var və öz dini mənsubiyyətimlə fəxr edirəm. Bununla yanaşı, hesab edirəm ki, seçim, xüsusilə dinlə, onun ritualları, ibadətləri ilə bağlı seçim hər bir kəsin öz hüququ, öz seçimidir. Lakin bununla belə, yetkinlik yaşına çatmamış qızlarımızın qapanmağa təhrik edilməsi xoşagələn hal deyil. Digər bir məsələ isə qızlarımızın erkən yaşlarında nikaha daxil olmağa cəlb olunması məsələsidir ki, bu hallar da, təəssüf ki, son illər Azərbaycanda geniş yayılmaqdadır. Qeyd edim ki, bu hallar üzrə gənc qızlarımızın intihar “statistikası” da çox ciddi şəkildə həyəcan təbili çalmaq üçün əsas verir. Azərbaycanın müxtəlif bölgələrində son bir ayda bir neçə belə fakt qeydə alınıb. Bir çox qızlar çox erkən yaşlarında zorla nikaha girməkdən boyun qaçıraraq, həyatla vidalaşmağa “üstünlük” verirlər."
Xanım vəkilin "öz dininə xüsusi sevgisi" onu bu dinin tələblərinə sayğılı olmağa həvəsləndirmirsə, sevgilərini təftiş etməsi daha faydalı olar. Biz yalnız iki nöqtəni qeyd edirik: hicablılarla açıq-saçıqların yaşadığı hadisələri yaxşı təhlil edin və bilin ki, hicablılar yox, açıq-saçıqlar intihara meyllidir! Nikah yaşını milli məclis yox, gəncin hissləri müəyyənləşdirir - Dubaya aparılan, Bakıda bəkarəti satılan qızların yaşını araşdırın!

Haqq Yolu

FORM_HEADER


FORM_CAPTCHA
FORM_CAPTCHA_REFRESH