Skip to content
 _
Solana Cəlili ilə görüşmək istədiyini bildirib PDF formatında variant Çapdan çıxartmaq E-mailə yollamaq
06-07-2008

Avropa Birliyinin Xarici İşlər Koordinatoru, İİR-nin Milli Təhlükəsizlik Ali Şurasının katibi ilə görüşmək istədiyini bildirib.

Röytersin verdiyi məlumata görə, AB-nin Xarici İşlər Üzər Koordinatoru Xaviyer Solananın sözçüsü deyib: Avropalı diplomat şənbə günü iyulun 5-də İranın 5+1 qrupunun məktubuna cavabı barədə telefon vasitəsi ilə müzakirələr aparıb.
İİR-nin 5+1 qrupunun məktubuna cavabı iyulun 4-də əlaqədar tərəflərə təqdim olunub.
Bunun ardınca Qərb diplomatları arasında İranın nüvə fəaliyyətləri ilə bağlı müzakirələrə dair yeni hərəkətlər müşahidə olunmaqdadır.
Xaviyer Solananın yuxarıda qeyd olunan nümayəndəsi əlavə olaraq bildirib ki, qərar alınması mövzulardan biri də, Səid Cəlili ilə görüş və onunla müzakirədir. Bununla bağlı Xaviyer Solana onunla tez bir zamanda görüşmək istəyir.

 
< Qabaqkı   Sonrakı >

Sorğu

Sionist nazir Aviqdor Libermanın Bakıya səfəri haqda hansı fikri məqsədə uyğun saymaq olar?