Skip to content
 _
Az. R. MN-nin heç xəbəri yoxdur!! Ağdamda 1 zabit və 3 əsgər öldürülüb yaxud yaralanıb PDF formatında variant Çapdan çıxartmaq E-mailə yollamaq
06-07-2008

Az. R. MN-nin heç xəbəri yoxdur!!

Ağdamda 1 zabit və 3 əsgər öldürülüb yaxud yaralanıb

Az. R-nin Ağdam rayonunda yerləşən hərbi bölmələrə tabe olan 1 zabit və 3 əsgər Ermənistan silahlı qüvvələri ilə toqquşmada ölüb yaxud yaralanıb.

Bakıdakı müxbirimizin məlumatına görə, Bakıda çıxan "Bizim Yol" qəzetinin yazdığına görə, Ermənistan qüvvələri ilə təmas xətlərindəki toqquşmaların davam etdiyi və bununla bağlı ən son hadisədə 1 zabit və 3 əsgərin ölüb yaxud yaralanmasına baxmayaraq Az. R-nin Müdafiə Nazirliyi belə bir hadisədən xəbərsiz olduğunu bildirib.
Həmin məlumata görə, sözü gedən qəzet əlavə olaraq yazır: Neçə gün bundan əvvəl də, Az. R-nin bir əsgəri İraqda öldürüldü, lakin Müdafiə Nazirliyi hələ ki, bununla bağlı heç bir məlumat yaymayıb və sözü gedən əsgərin ölümünün səbəbləri barədə informasiya vasitələrinə və müxbirlərə heç nəyi açıqlamayıb.
Bundan əlavə cümə günü iyulun 4-də Qazax rayonunda intihar etdiyi bildirilən bir əsgərin valideynləri Bakının Beynəlxalq Mətbuat Klubunda keçirilən bir konfransda öz övladlarının qətlə yetirildiyini bildiriblər.
Onlar Müdafiə Nazirliyinin bu məsələni ört-basdır etdiyini də, qeyd ediblər.
Deyilənlərə görə, son 10 il ərzində 6 minə yaxın Azəri əsgər müxtəlif dəlillər, o cümlədən xəstəlik, döyülmək , intihar və başqa illətlər üzündən həyatını itirib. Rəsmi şəkildə yayılmış bu statistik məlumat, Az. R. ordusunda cərəyan edən kəskin böhrandan xəbər verir.

 
< Qabaqkı   Sonrakı >

Sorğu

Sionist nazir Aviqdor Libermanın Bakıya səfəri haqda hansı fikri məqsədə uyğun saymaq olar?